bes.az
bes.az
bes.az
Xəbər başlıqları
  • 11:00 – Sadə şokoladlı peçenye 
  • 20:54 – Azərbaycanda fermerlərin bazarlara çıxışı sadələşdiriləcək 
  • 20:53 – Nəfslə mübarizənin əhəmiyyəti 
  • 15:54 – FHN əməkdaşlarının uşağı xilas etmə anlarının görüntüləri 

74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ

15-05-2019, 11:57 56 dəfə baxılıb

74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ



Bakı Apellyasiya Məhkəməsində anasını döyə-döyə öldürməkdə təqsirləndirilən Cəmil İslamovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Beş.az xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.İslamovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib.
Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan Allahverən qızı İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.
Qaradağ RPİ-si 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü İslamov Cəmil Ağasəlim oğlu saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
bes.az
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi