bes.az
bes.az
bes.az
Xəbər başlıqları
  • 17:20 – Bakıda sərnişinlər avtobus sürücüsünün pulunu oğurladı 
  • 15:35 – Bakıda hazırlıqdan çıxıb anasının bişirdiyi yuxanı satan bu oğlanın arzusu hamını kövrəltdi 
  • 15:06 – Sadə ŞOKOLADLI KEKS 
  • 11:00 – Sadə şokoladlı peçenye 

Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək

14-05-2019, 20:58 41 dəfə baxılıb

Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək



Azərbaycanlı sahibkar ərəb ölkələrinə çiyələk ixrac etməyi planlaşdırır.

Beş.az xəbər verir ki, bu barədə Trend-ə sahibkar Rafət Abbasov açıqlama verib.

Sahibkar bildirib ki, artıq ölkədə yığım başlayıb və yaxın vaxtlarda ərəb ölkələrinə yeni sort çiyələklər ixrac olunacaq:

"Artıq ixraca hazırlıq mərhələsi başlayıb. Ötən ilə qədər biz yalnız Rusiya bazarlarına çiyələk ixrac edirdik. Əvvəllər əsasən Moskva və Sankt-Peterburqa göndərirdik. Bu ildən isə ərəb ölkələrinə ixraca başlayırıq. İlk olaraq Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) - Dubaya çiyələk ixrac edəcəyik. Hazırda bu istiqamətdə xüsusi üsulla çiyələk yığımına başlamışıq. İlk partiya olaraq 40 ton ixrac planlaşdırırıq. BƏƏ-dən sonra İraq, İran və digər ölkələrə də çiyələk göndərmək istəyirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
bes.az
bes.az
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi