bes.az
bes.az
bes.az
Xəbər başlıqları
  • 11:00 – Sadə şokoladlı peçenye 
  • 20:54 – Azərbaycanda fermerlərin bazarlara çıxışı sadələşdiriləcək 
  • 20:53 – Nəfslə mübarizənin əhəmiyyəti 
  • 15:54 – FHN əməkdaşlarının uşağı xilas etmə anlarının görüntüləri 

Bügün dəyərli Bəstakarımızın doğum günüdür

15-05-2019, 10:54 76 dəfə baxılıb

Bügün dəyərli Bəstakarımızın doğum günüdür


Bügün dəyərli Sənətçimizin doğum günüdür.Beş.az saytı Bəstəkarımızın Xatirəsini anır.

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonrandan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.Görkəmli bəstəkarımız Rauf Hacıyev dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, Azərbaycan nə qədər varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaqdır.


Bügün dəyərli Bəstakarımızın doğum günüdür



Bügün dəyərli Bəstakarımızın doğum günüdür


[center][/center]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
bes.az
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi