bes.az
bes.az
bes.az
Xəbər başlıqları
  • 11:00 – Sadə şokoladlı peçenye 
  • 20:54 – Azərbaycanda fermerlərin bazarlara çıxışı sadələşdiriləcək 
  • 20:53 – Nəfslə mübarizənin əhəmiyyəti 
  • 15:54 – FHN əməkdaşlarının uşağı xilas etmə anlarının görüntüləri 

Azərbaycanı Kanadada Layiqincə Təmsil edən Yusif Savalan..

8-05-2019, 21:13 590 dəfə baxılıb

Azərbaycanı Kanadada Layiqincə Təmsil edən Yusif Savalan..



Beş.azın Bu gün ki, qonağı Azərbaycanı xarici dövlətlərdə təmsil edən, Gözəl səsi ilə insanların ruhunu qidalandıran, köhnə səsnətkarlarımızın mahnılarına 2 ci nəfəs verən Yusif Savalandır.

Azərbaycanı Kanadada Layiqincə Təmsil edən Yusif Savalan..


1. Yusif Savalan Azərbaycanda Konsert Verecekmi?

Ən böyük arzularımdan biri Azərbaycan konsert verməkdir.



2. Verəcəksizsə hansı zamanda olacaq?

Bunun üçün təşkilatçı və sponsor lazımdır ümüd edirəm ki , yaxın zamanlarda bu arzum real olacaq və xalqıma ifalarımı çatdıracağam.

3.Yusif Savalan Harda doğulub?

Təbrizdə Güney Azərbaycanda doğulmuşam Ulu babam Şamaxıda doğulub.Şair Məhəmməd Hadi mənim atamin əmisi olub mən Məhəmməd Hadinin qardaşı nəvəsiyəm və xatırlayıramki Atam deyerdi ki, sizin Əminiz Şair olub və Azərbaycanda dəfn olub yollar açılar gedib görərsiniz.

4. Kanadaya nə zaman köçmüsünüz??

Mən 1994 cü ildə Quzey Azərbaycanda olmuşam. Kanadaya 1999 ci ildə köçmüşəm. Azərbaycan Cümhuriyyətinə gəlib orada görkəmli bəstəkarımız Cavanşir Quliyev ilə görüşmüşəm və ondan sonra xalq artisti Möhlət Müslümov və Bakıxanov Ansanbıli ilə Heyder Baba diskim 1997 ci ildə işiq üzü gördü xalq artisti Vasif Adıgözəlov, Neriman Məmmədov ilə iş birliyim olub Adil Bəbirov ilə çox yaxın dostluğum var hər görüşəndə vətən həsrəti ilə saatlarla danışırıq. Davamlı gəlib getmişəm Azərbaycana.

5.Kanadada izləyici kütləniz kimlərdir?

İzləyicilərimin çoxuda burda Azərbaycanlılardı Güneyli Quzeyli Azərbaycanlılardır.Novruz Tətbirlərində 28 mayda Bayrağ bayramında Həmrəklik Bayramında Xocalı faciəsinin anım günündə başqa başqa günlərdə yığışıb tətbirlərdə iştrak edirik. Çalırışıq ki önəmli günləri insanların yaddaşında saxlıyaq.

6. Asambılınızın üzvləri kimlərdir?

Bızım əslində 3 asambılımız var Ramin Şahburla birlikdə və Məhəmməd Aman tar çalan 2001 ci ildə 3 müz Təbriz ansambılını təşkil etdik.Sonra həmən ildə İpək yolu ansambılını yaratdıq rəhbərliyini İsmayıl Haciyev Cövdət Haciyevin oğluna tapışırıldı indidə Xəzər Nəfəsi estrada orkestıram var.



7 . Karyeraniz haqqda gələcək planlarınız haqqda qısa məlumat verersiniz.

Burada Başqa iş ilə məşqulam ancaq musiqi mənim qanımdadır övladlarıma öyrədirəm onlarda rəqqasdırlar Dəniz və Ayaz. Yoldaşım dizaynerdir. Bəstəkarlarımızın mahnılarına yeni nəfəs verib ansambılı ilə oxuyuram Azərbaycandan bura müğənniləri dəvət edib konsertlər veririk.İndiyədək Ruhəngiz Qasımova Nuriyə Hüseynova, Lütfiyar İmanov, Güllü Muradova Gülüstan Xanım, Ehtiram Əliyevi dəvət etmışəm.Mən Bakıdada 3 il yaşamışam Lider kanalinda dublyajda çalışmışam 2001 ci ildə Xəzər Universtetinde professor kimi çalışmışam. Hər zaman öz üzərimdə çalışıram

Azərbaycanı Kanadada Layiqincə Təmsil edən Yusif Savalan..


Sonda Yusif Savalan Azərbaycan Xalqına Beş.az Saytı tərəfindən salamlarını çatdırdi Azərbaycan Həmişə onun qəlbində olduğunu vurğuladı.






Beş.az Saytı dəyərli Sənətçimizə təşəkkür edir uğurları bol olsun arzularının reallaşmağını diləyirik.


Baş redaktor;Vəliyeva Könül Arif qızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
bes.az
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi