ANTIAGE COCKTAIL

Təsviri

Dermanin nəmləndirilməsi və bərpası üçün vacib olan aktiv maddə olan hialuron turşusu daxil olan kokteyl; Epidermisin bazal qatındakı hüceyrələri stimulyasiya edən DNA sodyum duzu. DMAE dəriyə liftinq effekti verir və fizioloji tonu bərpa edir. Birləşdirici toxumanın struktur elementi sayılan SLC elastin, kollagen, proteoqlikanlar və qlikoprotein kimi əsas molekulların yaranmasında iştirak edir. SLCnin mühüm təsiri fibroblastların çoxalmasını stimullaşdırmaq, hüceyrələrin bölünməsini artirmaq, dəridə biokimyəvi proseslərin sürətlənməsində iştirak edən A, B, C və E vitaminlərinin sintezini artırmaqdır.

Əsas təsiredici maddələr
DMAE 3.0 %
L-karnitin 3.0 %
Piruvic turşusu 2.0 %
Natrium hialuronat 0.5 %
Argilerin 0.05 %

 

Göstərişləri: Yaşlanma ilə əlaqəli qırışlar, dərinin xrono – və foto-qocalması, atonik və quru dəri, dərinin yaşlanması səbəbli deformasiyaları
Təsiri: Dərhal liftinqi və dərinin yenilənməsi effekti; dəri tonunun yaxşılaşdırılması və onun möhkəmləndirilməsi; dəri qocalması ilə mübarizə; dərin nəmləndirilməsi; əzələboşaldıcı effektli qırışların sayının və dərinliyinin kəskin azaldılması.
İstifadə qaydası: Antiage Cocktail (5,0 ml) ayrıca istifadə oluna bilər. Lazım olan hallarda preparata 40%-li Sodium Bikarbonat və ya 20%-li Lidokain qatıla bilər.

Hər inyeksiyanın dozası: 0,2-0,3 ml/cc
İstifadə edilən iynə: 30 G-40 G
İnyeksiyanın dərinliyi: 2 mm, dermanın səthi qatına.
İnyeksiyalar arası interval: ~ 1 sm
Müalicə kursu: həftədə 1 dəfə, 4-6 seans. Sonra, hər 2 həftədən bir 1 seans olmaqla cəmi 3-4 seans.
Müalicə sonrası baxım terapiyası: ayda 1 seans.
Təkrar müalicə kursu: hər 8 – 12 aydan bir.