NUTRICOMPLEX

Təsviri

Stress, toksinlər, ultrabənövşəyi şüalar və ümumi qocalma prosesi səbəbindən dərinin yaşlanmasının qarşısını alan “antiage” preparatdır. Vitaminlər, minerallar, amin turşuları, DMAE, hialuron turşusu və sodyum DNT ilə zənginləşdirilmiş mükəmməl yaşlanma əleyhinə preparat kimi təsir göstərir. Kapilyarlarda mikrosirkulyasiyanı yaxşılaşdırır və dərini kollagenin əmələ gəlməsi üçün lazım olan elementlər ilə təmin edir. Bu məhsul dərinin canlılığını, parlaqlılığını, sağlamlığını və parıltısını bərpa edir.

Əsas təsiredici maddələr
Natrium Ascorbate 2,500000 % Potassium Gluconate 0,020000 %
PEG-35 Castor yağı 2,300000 % Magnesium Gluconate 0,020000 %
Retinyl palmitate 1,250000 % Natrium Gluconate 0,020000 %
Natrium hyaluronate 1,000000 % Glycine 0,014000 %
Niacinamide 0,500000 % Aspartic turşusu 0,010000 %
Panthenol 0,200000 % Proline 0,006000 %
Dimethyl MEA 0,100000 % Hydroxyproline 0,004000 %
Tocopheryl Acetate 0,100000 % Biotin 0,001000 %
Thiamine Nitrate 0,100000 % Methylsilanol Mannuronate 0,000100 %
Natrium Riboflavin Phosphate 0,100000 % Natrium Benzoate 0,000025 %
Pyridoxine HCl 0,100000 % Potassium Sorbate 0,000010 %
Natrium DNA 0,050000 %

 

Göstərişləri: Dərinin yaşla bağlı dəyişiklikləri, qırışlar; atonik və quru dəri; intensiv yaşa qarşı terapiya; xrono- və foto-qocalmanın müalicəsi.
Təsiri: Dərhal liftinq effekti verir; hüceyrə metabolizmini stimullaşdırır və bərpa edir; dərinin hidrobalansını bərpa edir; epidermis hüceyrələrini yeniləşdirir; A, B, C və E vitaminləri dəriyə canlandırıcı təsir göstərir, dərini parlaqlaşdırır. Antioksidant effekt verir.
İstifadə qaydası: Nutricomplex (5,0 ml) ayrıca istifadə oluna bilər. Lazım olan hallarda preparata 40%-li sodium bikarbonat və ya 20%-li lidokain qatıla bilər.

Hər inyeksiyanın dozası: 0,2-0,3 ml/cc
İstifadə edilən iynə: 30 G-40 G
İnyeksiyanın dərinliyi: 2 mm, dermanın səthi qatına. İnyeksiyalar arası interval: ~ 1 sm
Müalicə kursu: həftədə 1 dəfə olmaqla, 4-6 seans. Sonra, hər 2 həftədən bir 1 seans olmaqla cəmi cəmi 3-4 seans.
Müalicə sonrası baxım terapiyası: ayda 1 seans.
Təkrar müalicə kursu: hər 8 – 12 aydan bir.