Şeyx Şamil 11/16, Bakı
info@bes.az

ANTIAGE COCKTAIL

Dermanin nəmləndirilməsi və bərpası üçün vacib olan aktiv maddə olan hialuron turşusu daxil olan kokteyl; Epidermisin bazal qatındakı hüceyrələri stimulyasiya edən DNA sodyum duzu. DMAE dəriyə liftinq effekti verir və fizioloji tonu bərpa edir. Birləşdirici toxumanın struktur elementi sayılan SLC elastin, kollagen, proteoqlikanlar və qlikoprotein kimi əsas molekulların yaranmasında iştirak edir. SLCnin mühüm təsiri fibroblastların çoxalmasını stimullaşdırmaq, hüceyrələrin bölünməsini artirmaq, dəridə biokimyəvi proseslərin sürətlənməsində iştirak edən A, B, C və E vitaminlərinin sintezini artırmaqdır.

ƏSAS TƏSİREDİCİ MADDƏLƏR
DMAE3.0 %
L-karnitin3.0 %
Piruvic turşusu2.0 %
Natrium hialuronat0.5 %
Argilerin0.05 %

 

GÖSTƏRİŞLƏRİ:YAŞLANMA İLƏ ƏLAQƏLİ QIRIŞLAR, DƏRİNİN XRONO – VƏ FOTO-QOCALMASI, ATONİK VƏ QURU DƏRİ, DƏRİNİN YAŞLANMASI SƏBƏBLİ DEFORMASİYALARI
Təsiri:Dərhal liftinqi və dərinin yenilənməsi effekti; dəri tonunun yaxşılaşdırılması və onun möhkəmləndirilməsi; dəri qocalması ilə mübarizə; dərin nəmləndirilməsi; əzələboşaldıcı effektli qırışların sayının və dərinliyinin kəskin azaldılması.
İstifadə qaydası:Antiage Cocktail (5,0 ml) ayrıca istifadə oluna bilər. Lazım olan hallarda preparata 40%-li Sodium Bikarbonat və ya 20%-li Lidokain qatıla bilər.


Hər inyeksiyanın dozası: 0,2-0,3 ml/cc
İstifadə edilən iynə: 30 G-40 G
İnyeksiyanın dərinliyi: 2 mm, dermanın səthi qatına.
İnyeksiyalar arası interval: ~ 1 sm
Müalicə kursu: həftədə 1 dəfə, 4-6 seans. Sonra, hər 2 həftədən bir 1 seans olmaqla cəmi 3-4 seans.
Müalicə sonrası baxım terapiyası: ayda 1 seans.
Təkrar müalicə kursu: hər 8 – 12 aydan bir.

Əks göstərişləri:

Bu preparatı aşağıda göstərilmiş hallarda tətbiq etmək qadağandır:

  • pasiyentin müalicə edən həkimi ilə əvvəlcədən konsultasiya olmadan, qan laxtalanması pozuntuları olan, habelə trombolitik vasitələri və antikoaqulyantları qəbul edən pasiyentlərə.
  • autoimmun xəstəliklər tarixli ilə və ya hal-hazırda immunoterapiya keçənlərə.
  • preparatın tərkibindəki maddələrə qarşı yüksək həssaslıq.
  • hamilə və döşlə yedizdirən qadınlara.
  • 18 yaşdan cavan pasiyentlərə.
  • pasiyentin bədəninin digər istehsalçıların inyeksiya tipli implantları, həmçinin qeyri inyeksiya tipli implantları olduğu hissələrə daxil etmək olmaz.
  • pasiyentin bədəninin dəri iltihabi dəyişiklikləri və / və ya yoluxucu proseslər (məsələn akne, herpes və s.) olduğu hissələrə daxil etmək tövsiyə edilmir. 
  • lazer terapiyası, dərinin kimyəvi pilinqi/qatın soyulması və ya dermabraziya ilə birgə.

 

Tətbiqdən əvvəl hazırlıq işləri:

 

  • Preparatın tətbiqindən əvvəl həkim preparatın istifadə edilməsi üçün pasiyentin xəstəlik tarixi ilə tanış olmalıdır.
  • Tətbiqdən əvvəl pasiyent prosedurun gedişiylə tanış edilmiş olmalıdır və preparatın tətbiqindən sonra yarana biləcəyi potensial əlavə təsirlər haqqında məlumat almalıdır.
  • Tətbiqdən əvvəl preparatın qablaşdırmasını hər hansı görülən qüsurlara və ya zədələrə yoxlamağa məcburidir. Bu cür qüsurların və ya zədələrin üzə çıxması halında preparatı istifadə etmək qadağandır.
  • Tətbiqdən əvvəl preparatın yararlıq müddəti yoxlanılmalıdırr.
  • Preparatın tətbiqinə yalnız üz həcminin inyeksiyalı bərpası metodikası üzrə xüsusi təhsil almış və təlimləri keçmiş həkimlər buraxıla bilər.

 

Antiage Cocktail iltihab əlamətlərisiz və əvvəlcədən dezinfeksiya edən məhlulla sterilizasiya edilmiş sağlam dəriyə daxil edilməlidir. Daxil edilmə metodikası preparatın müvəffəqiyyətli tətbiqi üçün son dərəcədə əhəmiyyətlidir. Preparatın daxil edildiyi yerdən mümkün yerdəyişməsinə imkan verməmək üçün, inyeksiyadan sonra pasiyentə bir neçə gün preparatın tətbiq edildiyi yeri masaj etməməyi məsləhət görün. 

 

Daxil edilən preparatın miqdarı korreksiya ediləcəyi qırışın xarakterindən və ya dərinliyindən asılıdır. İnyeksiyadan sonra həkim preparatın bərabər paylaşmasının təminatı üçün dərini biraz masaj edə bilər.

Xəbərdarlıqlar:

Şprisləri təkrar istifadə etməyin; şprisin keyfiyyətinə və sterilliyinə yalnız istehsalçının zədələnməmiş qablaşdırmasında zəmanət verilirir.

Şprislərin təkrar istifadəsi qadağandır və pasiyentin və məhsuldan istifadə edənlərə infeksiyalanma təhlükəsini yaradır. İstifadə edilmiş şprislərin təkrar sterilləşdirilməsi qadağandır. İstifadə edilmiş iynəni xüsusi konteynerdə utilləşdirin.

 

Həssas dəri yerli keyləşdirici vasitəylə qabaqcadan inyeksiyaya hazırlamış ola bilər. Pasiyentlərə inyeksiyadan sonra 12 saat boyunca kosmetikadan istifadə etmək olmaz, həmçinin UF günəş şüasının və digər UF mənbələrin təsirindən çəkinməyə tövsiyə edilir. 

 

İstifadə zamanı ehtiyat tədbirləri

 

  • Bu məhsul yalnız dəridaxili inyeksiyalar üçün istifadə olunmalıdır.
  • Bu məhsul qan damarlarına daxil edilməməlidir – bu anqiostenozu, işemiyanı, toxunmaların nekrozunu və s. doğura bilər.

 

Saxlama şərtləri: 2-25 °С temperaturda orijinal qablaşdırmada quru yerdə saxlamaq. İşığın və istiliyin təsirindən qorumaq, dondurmamaq, ehtiyatlılıqla istifadə etmək.

 

Saxlama müddəti: 5 il, orijinal açılmamış flakonnda.

 

İstifadə müddəti: Açılmayıbsa - 5 il, açıldıqdan sonra - 10 gün ərzində istifadə edin.

 

Buraxılış forması: karton qutuda, preparat dolu 5 ml həcmində 20 şüşə flakonlar.