HP Cell Regation Tox&Eye,Fore
BR Pharm HP Cell Regation Tox & Eye mezokokteylləri 3 aktiv inqridientdən ibarətdirlər:
- Polidizoksiribonukleotid (PDRN)
- Hialuron turşusu və
- Peptid kompleksi.
Təsviri:
Polinukleotid biorepasiya üçün preparat. İnyeksiyalar üçün bio dağılan steril rəngsiz şəffaf maye.
Tərkibi:
- Asetilheksapeptid‐8 0.5%
- Pentapeptid‐18 0.5%
- PDRN (Polydeoxyribonucleotid) 0.5%
- Su 98.3%
Bu tərkib alında artıq yaranmış əyrilikləri,gözlərin altındakı qırışları aradan qaldırmağa və dərinin qırışmasının qarşısının alınması yolu ilə yenilərinin yaranmasına mane olmaq imkanıı verir. Buna görə biz tamamilə hərəkətli əzələlərə və qırışsız dəriyə nail oluruq.
Aşkar olunub ki, qırışların botulinobənzər hamarlandırılma effekti liftinq, nəmləndirici və bərpa edici təsiri təmin edir. PDRN dermanın reparasiyasına təmin verərək, hüceyrələrin tam fəaliyyəti üçün dezoksiribinuklein turşusunun pozulmuş strukturlarını bərpa edir. Kollagenin və elastinin sintezini təkan verir, dərinin tonusu və turqorunu artırır. Asetil Heksapeptid- 8 və Pentapeptid-18 miorelaksasiya təsirini göstərir, mimik qırışları aradan qaldırırlar.
Polinukleotidlərlə bioreparasiyanın və hialuron turşusuyla nəmləndirilmənin ümumi təsirini hesabına dərinin hidrobalansı bərpa olunur.
Göstərişlər:
- mimik qırışların xırda toru;
- dərinin atoniyası və boşluğu;
- qocalmanın xırda qırışlı morfotipi zamanı dərinin cavanlaşdırılması;
- dərinin plastik əməliyyatlardan, kimyəvi pilinqlərdən, mexaniki və lazer dermabraziyasından (yüksək piqment yaranma riski zamanı), postaknedən, atrofik çapıqlardan sonrakı xrono- və fotoqocalmanın profilaktikası.
Üstünlükləri:
- Botoks-effekt (qırışları aradan qaldırır),
- Rahat və ağrısız prosedur,
- Əlavə əks-təsirsiz,
- Dərinin nəmləndirilməsi (tərkibinə Hialuron turşusu daxildir),
- Dərinin regenerasiyası,
- Gözlərin ətrafındaki qırışları və göz altı tünd dairələri aradan qaldırır.
Göstərişləri:
Mimik qırışların xırda torunun, dərinin solğunluğunun və atoniyasının aradan qaldırılması, dərinin cavanlaşdırılması, xrono‐ və foto yaşlanmanın profilaktikası, plastic əməliyyatlardan, kimyəvi pilinqlərdən, mexaniki və lazer dermabraziyasından (piqment yaranmasının yüksək riski halında) sonra bərpa, postakne, atrofik çapıqlar.
Təsiri:
HP Cell Regation Tox & Eye, Fore mezokokteyli özündə 3 aktiv inqridient cəmləşdirir: Polidizoksiribonukleotid + Hialuron turşusu + peptid kompleksi. Bu tərkib alında artıq yaranmış qırışları və gözlərin altındaki qırışları aradan qaldırmağa imkan yaradır və yenilərin yaranmasına yol vermir. Qırışların botulinobənzər hamarlandırılma effektinə, liftinq, nəmləndirici və bərpa edici təsirə malikdir. PDRN dermanın reparasiyasını təmin edir, hüceyrələrin normal fəaliyyəti üçün dezoksiribinuklein turşusunun pozulmuş strukturlarını bərpa edir. Kollagenin və elastinin sintezini başlayır, dərinin tonusu və turqorunu artırır. Asetil Heksapeptid‐8 və Pentapeptid‐18 miorelaksasiya təsirini göstərir, mimik qırışları aradan qaldırırlar. Polinukleotidlərlə bioreparasiyanın və hialuron turşusuyla nəmləndirilmənin ümumi təsirinin hesabına dərinin qidrobalansı bərpa olunur.
Əks göstərişləri:
Bu preparatı aşağıda göstərilmiş hallarda tətbiq etmək qadağandır:
• pasiyentin müalicə edən həkimi ilə əvvəlcədən konsultasiya olmadan, qan laxtalanması pozuntuları olan, habelə trombolitik vasitələri və antikoaqulyantları qəbul edən pasiyentlərə.
• hipertrofik çapıqların yaranmasına meyilli pasiyentlərə.
• autoimmun xəstəliklər tarixli ilə və ya hal‐hazırda immunoterapiya keçənlərə.
• hialuron turşusuna qarşı yüksək həssaslıq.
• hamilə və döşlə yedizdirən qadınlara.
• 18 yaşdan cavan pasiyentlərə.
• pasiyentin bədəninin digər istehsalçıların inyeksiya tipli implantları, həmçinin qeyri inyeksiya tipli implantları olduğu hissələrə daxil etmək olmaz.
• pasiyentin bədəninin dəri iltihabi dəyişiklikləri və / və ya yoluxucu proseslər (məsələn akne, herpes və s.) olduğu hissələrə daxil etmək tövsiyə edilmir.
• lazer terapiyası, dərinin kimyəvi pilinqi/qatın soyulması və ya dermabraziya ilə birgə.
Tətbiq üsulu:
Preparatın tətbiqindən əvvəl hazırlıq işləri
• Preparatın tətbiqindən əvvəl həkim preparatın istifadə edilməsi üçün pasiyentin xəstəlik tarixi ilə tanış olmalıdır.
• Tətbiqdən əvvəl pasiyent prosedurun gedişiylə tanış edilmiş olmalıdır və preparatın tətbiqindən sonra yarana biləcəyi potensial əlavə təsirlər haqqında məlumat almalıdır.
• Tətbiqdən əvvəl preparatın qablaşdırmasını hər hansı görülən qüsurlara və ya zədələrə yoxlamağa məcburidir. Bu cür qüsurların və ya zədələrin üzə çıxması halında preparatı istifadə etmək qadağandır.
• Tətbiqdən əvvəl preparatın yararlıq müddəti yoxlanılmalıdırr.
• Preparatın tətbiqinə yalnız üz həcminin inyeksiyalı bərpası metodikası üzrə xüsusi təhsil almış və təlimləri keçmiş həkimlər buraxıla bilər.
HP Cell Regation Tox & Eye, Fore iltihab əlamətlərisiz və əvvəlcədən dezinfeksiya edən məhlulla sterilizasiya edilmiş sağlam dəriyə daxil edilməlidir. Daxil edilmə metodikası preparatın
müvəffəqiyyətli tətbiqi üçün son dərəcədə əhəmiyyətlidir. Preparatın daxil edildiyi yerdən mümkün yerdəyişməsinə imkan verməmək üçün, inyeksiyadan sonra pasiyentə bir neçə gün preparatın tətbiq edildiyi yeri masaj etməməyi məsləhət görün. Daxil edilən preparatın miqdarı korreksiya ediləcəyi qırışın xarakterindən və ya dərinliyindən asılıdır. İnyeksiyadan sonra həkim preparatın bərabər paylaşmasının təminatı üçün dərini biraz masaj edə bilər.
Xəbərdarlıqlar:
Şprisləri təkrar istifadə etməyin; şprisin keyfiyyətinə və sterilliyinə yalnız istehsalçının zədələnməmiş qablaşdırmasında zəmanət verilirir. Şprislərin təkrar istifadəsi qadağandır və pasiyentin və məhsuldan istifadə edənlərə infeksiyalanma təhlükəsini yaradır. İstifadə edilmiş şprislərin təkrar sterilləşdirilməsi qadağandır. İstifadə edilmiş iynəni xüsusi konteynerdə utilləşdirin.
Həssas dəri yerli keyləşdirici vasitəylə qabaqcadan inyeksiyaya hazırlamış ola bilər. Pasiyentlərə inyeksiyadan sonra 12 saat boyunca kosmetikadan istifadə etmək olmaz, həmçinin UF günəş şüasının və digər UF mənbələrin təsirindən çəkinməyə tövsiyə edilir. Preparatın inyeksiyasından sonra bir həftə ərzində saunalara, hamalara getmə tövsiyə edilmir.
İstifadə zamanı ehtiyat tədbirləri
• Bu məhsul yalnız dəridaxili inyeksiyalar üçün istifadə olunmalıdır.
• Bu məhsul qan damarlarına daxil edilməməlidir – bu anqiostenozu, işemiyanı, toxunmaların nekrozunu və s. doğura bilər.
• Əgər preparatın tətbiqindən sonra dəri solğundursa, inyeksiyanı dərhal dayandırmaq lazımdır. Prosedurdan keçmiş dəri sahələrini dərinin normal rənginin qayıtmasına kimi masaj etmək lazımdır.
FOTOPROTOKOL
Yanaqlar: İnyeksiyalar çənə xəttindən başlayaraq, yuxarı, yanaq xəttinə dogru vurulur.
Alın nahiyyəsi: İnyeksiyalar əvvəl burun körpüsü və qaşlar arası zonalara, sonra isə, alının orta hissəsinə vurulur.
Göz ətrafı: İnyeksiyalar qırışlara, burun tərəfdən başlayaraq, yanaq xətti istiqamәtindә vurulur.
Hər inyeksiyanın dozası: 0,2‐0,3 ml/cc
İstifadə edilən iynə: 30 G‐40 G
İnyeksiyanın dərinliyi: 2 mm, dermanın alt qatına. İnyeksiyalar arası interval: ~ 1 sm
Proserudların sayı və tezliyi: 3‐4 həftə intervalı ilə, 3‐5 seans. Prosedur başa atdıqdan sonra, Centilla Cream istifade edin.
Saxlama şərtləri: 2‐30 °С temperaturda orijinal qablaşdırmada quru yerdə saxlanılmalıdır. İşığın və istiliyin təsirindən qorumaq, dondurmamaq, ehtiyatlılıqla istifadə etmək.
İstifadə müddəti: Açılmayıbsa ‐ 2 il, açıldıqdan sonra ‐ 7 gün ərzində istifadə edin.
Buraxılış forması: 5 hermetik bağlı, hər biri 3 ml həcmində preparat ilə dolu ampulalar karton qutuya qablaşdırılır.