RUTINA
Rutin – müxtəlif bitkilərdən alınan, antioksidant və yumşaldıcı kimi kosmetik məhsullarda istifadə edilən bir bioflavonoiddir. Antioksidant, antiinflamatur, antikarsinogen, antitrombotik, iltihabəleyhinə, sitoprotektor və vazoprotektor xüsusiyyətlərinə malikdir. Bundan əlavə, vitamin C-nin oksidləşməsinin qarşısını alır və lipidlərin peroksidasiyasını bloklayaraq, lipid spektrinə müsbət təsir göstərir. Xüsusilə, bu maddələr zülallarla bağlanaraq qan damarlarını əhatə edən birləşdirici toxumalara qoruyucu təsir göstərir. Nəticədə həmin birləşdirici toxumalar kiçik damarların tonusunu artırmaqla, divarlarını möhkəmləndirir.
ƏSAS TƏSİREDİCİ MADDƏLƏR | |
---|---|
Kumarin | 0.05% |
Trokserutin | 0.05% |
GÖSTƏRİŞLƏRİ: | SELLÜLİTİN ÖDEMLİ FORMASI; VENOZ ÇATIŞMAZLIQ; VENOZ ÖDEMİ; AYAQLARDA AĞIRLIQ HİSSİ; LİMFODEMA; POST-TRAVMATİK VƏ POST-CƏRRAHİ ÖDEM; MEZODRENAJ. |
---|---|
Təsiri: | Dərinin sellülitli ödeminin götürülməsi, limfodemanın aradan qaldırılması, dərinin tonusunun və parlaqlılığının bərpası. Kumarin həmçinin, anti-koaqulyant xüsusiyyətlərə malikdir. |
İstifadə qaydası: | Rutina (2,0 ml) ayrıca istifadə oluna bilər. Lazım olan hallarda preparata 40%-li sodium bikarbonat və ya 20%-li lidokain qatıla bilər. |
Hər inyeksiyanın dozası: 0,2-0,3 ml/cc
İstifadə edilən iynə: 30 G-40 G
İnyeksiyanın dərinliyi: 2 mm, dermanın səthi qatına. İnyeksiyalar arası interval: ~ 1 sm
Müalicə kursu: həftədə 1 dəfə olmaqla cəmi 7-10 seans.
Müalicə sonrası baxım terapiyası: ayda 1 seans
Təkrar müalicə kursu: hər 8 – 12 aydan bir.
