Şeyx Şamil 11/16, Bakı
info@bes.az

Baku Esthetic Solutions, estetik təbabət və gözəllik industriyası sahəsində ən yeni texnologiyaların və yeniliklərin tətbiqini özünə məqsəd seçən və bir neçə fəaliyyət sahəsini özündə cəmləşdirən BAKI ESTETIK QRUPUNUN tərkib hissəsidir.

Bakı Estetik Klinikası müasir, lisenziyalı və ən son texnologiya və müasir lazer avadanlıqları ilə təchiz edilmiş klinikadır. Burada yüksək ixtisaslı beynəlxalq sertifikatlı həkimlərimiz dermatologiya, terapevtik, lazer və estetik kosmetologiya, estetik ginekologiya, trixologiya, saç əkimi və digər sahələrdə peşəkar xidmətlər göstərirlər.

Bakı Estetik Gözəllik Mərkəzi üz və bədən baxımı, o cümlədən saç və dəriyə qulluq, vizaj, manual terapiyası və sair kimi müxtəlif estetik xidmətlər göstərən gözəllik və sağlamlıq mərkəzidir.

Bakı Estetik Akademiyası estetik təbabət və gözəllik industriyası sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə yönəlmiş tədris mərkəzidir. Akademiyanın dinləyicilərinə ölkənin qabaqcıl mütəxəssislərinin, eləcə də xaricdən dəvət olunmuş tanınmış təlimçilərin rəhbərliyi altında keçirilən seminar və təlimlərdə nəzəri biliklərin və praktik peşə bacarıqlarını artırmaq imkanı yaradılib.