Göstərişləri:
Hər hansı etiologiyalı piqmentasiya, dərinin foto yaşlanmasının profilaktikası, dəri yaşlanmasının hər bir morfo tipi üçün dərinin yaş dəyişikliklərinin profilaktikası, plastic əməliyyatlarından, kimyəvi pilinqdən, mexaniki və lazer dermabraziyasından (piqment yaranmasının yüksək riski halında), postaknedən, piqmentasiya ilə birgə atrofik çapıqlardan sonra bərpa.
Təsiri:
Preparat tərkibində ağardıcı maddələrin kompleksinin sayəsində melaninin istehsalını bloklayır: dərinin ağarmasına imkan yaradaraq, niasinamid melaninin molanositlərdən keratinositlərə keçməsinin qarşısını alır; traneksam turşusu melaninin piqmentasiyasına cavab verən PA (plazminoqenin aktivatoru) sintezinə mane olur. Tərkibində yüksək miqdarda Natrium ilə DNT toxumaların regenerasiyasını stimullaşdırır, kollagenin sintezini artırır. Dərinin nəmləndirməsi, tonusun artımı üçün imkan yaradır. Pastozluğu, şişkinliyi azaldır, dərinin immunitetini artırır.
Əks göstərişləri:
Bu preparatı aşağıda göstərilmiş hallarda tətbiq etmək qadağandır:
• pasiyentin müalicə edən həkimi ilə əvvəlcədən konsultasiya olmadan, qan laxtalanması pozuntuları olan, habelə trombolitik vasitələri və antikoaqulyantları qəbul edən pasiyentlərə.
• hipertrofik çapıqların yaranmasına meyilli pasiyentlərə.
• autoimmun xəstəliklər tarixli ilə və ya hal‐hazırda immunoterapiya keçənlərə.
• preparatın tərkibindəki maddələrə qarşı yüksək həssaslıq.
• hamilə və döşlə yedizdirən qadınlara.
• 18 yaşdan cavan pasiyentlərə.
• pasiyentin bədəninin digər istehsalçıların inyeksiya tipli implantları, həmçinin qeyri inyeksiya tipli implantları olduğu hissələrə daxil etmək olmaz.
• pasiyentin bədəninin dəri iltihabi dəyişiklikləri və / və ya yoluxucu proseslər (məsələn akne, herpes və s.) olduğu hissələrə daxil etmək tövsiyə edilmir.
• lazer terapiyası, dərinin kimyəvi pilinqi/qatın soyulması və ya dermabraziya ilə birgə.
Tətbiq üsulu:
Preparatın tətbiqindən əvvəl hazırlıq işləri
• Preparatın tətbiqindən əvvəl həkim preparatın istifadə edilməsi üçün pasiyentin xəstəlik tarixi ilə tanış olmalıdır.
• Tətbiqdən əvvəl pasiyent prosedurun gedişiylə tanış edilmiş olmalıdır və preparatın tətbiqindən sonra yarana biləcəyi potensial əlavə təsirlər haqqında məlumat almalıdır.
• Tətbiqdən əvvəl preparatın qablaşdırmasını hər hansı görülən qüsurlara və ya zədələrə yoxlamağa məcburidir. Bu cür qüsurların və ya zədələrin üzə çıxması halında preparatı istifadə etmək qadağandır.
• Tətbiqdən əvvəl preparatın yararlıq müddəti yoxlanılmalıdırr.
• Preparatın tətbiqinə yalnız üz həcminin inyeksiyalı bərpası metodikası üzrə xüsusi təhsil almış və təlimləri keçmiş həkimlər buraxıla bilər.
PN Cell White iltihab əlamətlərisiz və əvvəlcədən dezinfeksiya edən məhlulla sterilizasiya edilmiş sağlam dəriyə daxil edilməlidir. Daxil edilmə metodikası preparatın müvəffəqiyyətli tətbiqi üçün son dərəcədə əhəmiyyətlidir. Preparatın daxil edildiyi yerdən mümkün yerdəyişməsinə imkan verməmək üçün, inyeksiyadan sonra pasiyentə bir neçə gün preparatın tətbiq edildiyi yeri masaj etməməyi məsləhət görün.
Daxil edilən preparatın miqdarı korreksiya ediləcəyi qırışın xarakterindən və ya dərinliyindən asılıdır. İnyeksiyadan sonra həkim preparatın bərabər paylaşmasının təminatı üçün dərini biraz masaj edə bilər.
Xəbərdarlıqlar:
Şprisləri təkrar istifadə etməyin; şprisin keyfiyyətinə və sterilliyinə yalnız istehsalçının zədələnməmiş qablaşdırmasında zəmanət verilirir. Şprislərin təkrar istifadəsi qadağandır və pasiyentin və məhsuldan istifadə edənlərə infeksiyalanma təhlükəsini yaradır. İstifadə edilmiş şprislərin təkrar sterilləşdirilməsi qadağandır. İstifadə edilmiş iynəni xüsusi konteynerdə utilləşdirin. Preparatı digər məhsullarla qarışdırmaq olmaz. Həssas dəri yerli keyləşdirici vasitəylə qabaqcadan inyeksiyaya hazırlamış ola bilər. Pasiyentlərə inyeksiyadan sonra 12 saat boyunca kosmetikadan istifadə etmək olmaz, həmçinin UF günəş şüasının və digər UF mənbələrin təsirindən çəkinməyə tövsiyə edilir. Preparatın inyeksiyasından sonra bir həftə ərzində saunalara, hamalara getmə tövsiyə edilmir.
İstifadə zamanı ehtiyat tədbirləri
• Bu məhsul yalnız dəridaxili inyeksiyalar üçün istifadə olunmalıdır.
• Bu məhsul qan damarlarına daxil edilməməlidir – bu anqiostenozu, işemiyanı, toxunmaların nekrozunu və s. doğura bilər.
• Əgər preparatın tətbiqindən sonra dəri solğundursa, inyeksiyanı dərhal dayandırmaq lazımdır. Prosedurdan keçmiş dəri sahələrini dərinin normal rənginin qayıtmasına kimi masaj etmək lazımdır.
FOTOPROTOKOL
Yanaqlar: İnyeksiyalar çənə xəttindən başlayaraq, yuxarı, yanaq xəttinə dogru vurulur.