Şeyx Şamil 11/16, Bakı
info@bes.az

NUTRICOMPLEX

Stress, toksinlər, ultrabənövşəyi şüalar və ümumi qocalma prosesi səbəbindən dərinin yaşlanmasının qarşısını alan “antiage” preparatdır. Vitaminlər, minerallar, amin turşuları, DMAE, hialuron turşusu və sodyum DNT ilə zənginləşdirilmiş mükəmməl yaşlanma əleyhinə preparat kimi təsir göstərir. Kapilyarlarda mikrosirkulyasiyanı yaxşılaşdırır və dərini kollagenin əmələ gəlməsi üçün lazım olan elementlər ilə təmin edir. Bu məhsul dərinin canlılığını, parlaqlılığını, sağlamlığını və parıltısını bərpa edir.


ƏSAS TƏSİREDİCİ MADDƏLƏR
Natrium Ascorbate2,500000 %Potassium Gluconate0,020000 %
PEG-35 Castor yağı2,300000 %Magnesium Gluconate0,020000 %
Retinyl palmitate1,250000 %Natrium Gluconate0,020000 %
Natrium hyaluronate1,000000 %Glycine0,014000 %
Niacinamide0,500000 %Aspartic turşusu0,010000 %
Panthenol0,200000 %Proline0,006000 %
Dimethyl MEA0,100000 %Hydroxyproline0,004000 %
Tocopheryl Acetate0,100000 %Biotin0,001000 %
Thiamine Nitrate0,100000 %Methylsilanol Mannuronate0,000100 %
Natrium Riboflavin Phosphate0,100000 %Natrium Benzoate0,000025 %
Pyridoxine HCl0,100000 %Potassium Sorbate0,000010 %
Natrium DNA0,050000 %

 

GÖSTƏRİŞLƏRİ:DƏRİNİN YAŞLA BAĞLI DƏYİŞİKLİKLƏRİ, QIRIŞLAR; ATONİK VƏ QURU DƏRİ; İNTENSİV YAŞA QARŞI TERAPİYA; XRONO- VƏ FOTO-QOCALMANIN MÜALİCƏSİ.
Təsiri:Dərhal liftinq effekti verir; hüceyrə metabolizmini stimullaşdırır və bərpa edir; dərinin hidrobalansını bərpa edir; epidermis hüceyrələrini yeniləşdirir; A, B, C və E vitaminləri dəriyə canlandırıcı təsir göstərir, dərini parlaqlaşdırır. Antioksidant effekt verir.
İstifadə qaydası:Nutricomplex (5,0 ml) ayrıca istifadə oluna bilər. Lazım olan hallarda preparata 40%-li sodium bikarbonat və ya 20%-li lidokain qatıla bilər.


Hər inyeksiyanın dozası: 0,2-0,3 ml/cc
İstifadə edilən iynə: 30 G-40 G
İnyeksiyanın dərinliyi: 2 mm, dermanın səthi qatına. İnyeksiyalar arası interval: ~ 1 sm
Müalicə kursu: həftədə 1 dəfə olmaqla, 4-6 seans. Sonra, hər 2 həftədən bir 1 seans olmaqla cəmi cəmi 3-4 seans.
Müalicə sonrası baxım terapiyası: ayda 1 seans.
Təkrar müalicə kursu: hər 8 – 12 aydan bir.

Əks göstərişləri:

Bu preparatı aşağıda göstərilmiş hallarda tətbiq etmək qadağandır:

  • pasiyentin müalicə edən həkimi ilə əvvəlcədən konsultasiya olmadan, qan laxtalanması pozuntuları olan, habelə trombolitik vasitələri və antikoaqulyantları qəbul edən pasiyentlərə.
  • autoimmun xəstəliklər tarixli ilə və ya hal-hazırda immunoterapiya keçənlərə.
  • preparatın tərkibindəki maddələrə qarşı yüksək həssaslıq.
  • hamilə və döşlə yedizdirən qadınlara.
  • 18 yaşdan cavan pasiyentlərə.
  • pasiyentin bədəninin digər istehsalçıların inyeksiya tipli implantları, həmçinin qeyri inyeksiya tipli implantları olduğu hissələrə daxil etmək olmaz.
  • pasiyentin bədəninin dəri iltihabi dəyişiklikləri və / və ya yoluxucu proseslər (məsələn akne, herpes və s.) olduğu hissələrə daxil etmək tövsiyə edilmir. 
  • lazer terapiyası, dərinin kimyəvi pilinqi/qatın soyulması və ya dermabraziya ilə birgə.

Tətbiqdən əvvəl hazırlıq işləri:

  • Preparatın tətbiqindən əvvəl həkim preparatın istifadə edilməsi üçün pasiyentin xəstəlik tarixi ilə tanış olmalıdır.
  • Tətbiqdən əvvəl pasiyent prosedurun gedişiylə tanış edilmiş olmalıdır və preparatın tətbiqindən sonra yarana biləcəyi potensial əlavə təsirlər haqqında məlumat almalıdır.
  • Tətbiqdən əvvəl preparatın qablaşdırmasını hər hansı görülən qüsurlara və ya zədələrə yoxlamağa məcburidir. Bu cür qüsurların və ya zədələrin üzə çıxması halında preparatı istifadə etmək qadağandır.
  • Tətbiqdən əvvəl preparatın yararlıq müddəti yoxlanılmalıdırr.
  • Preparatın tətbiqinə yalnız üz həcminin inyeksiyalı bərpası metodikası üzrə xüsusi təhsil almış və təlimləri keçmiş həkimlər buraxıla bilər.

 

Nutricomplex iltihab əlamətlərisiz və əvvəlcədən dezinfeksiya edən məhlulla sterilizasiya edilmiş sağlam dəriyə daxil edilməlidir. Daxil edilmə metodikası preparatın müvəffəqiyyətli tətbiqi üçün son dərəcədə əhəmiyyətlidir. Preparatın daxil edildiyi yerdən mümkün yerdəyişməsinə imkan verməmək üçün, inyeksiyadan sonra pasiyentə bir neçə gün preparatın tətbiq edildiyi yeri masaj etməməyi məsləhət görün. 

 

Daxil edilən preparatın miqdarı korreksiya ediləcəyi qırışın xarakterindən və ya dərinliyindən asılıdır. İnyeksiyadan sonra həkim preparatın bərabər paylaşmasının təminatı üçün dərini biraz masaj edə bilər.

 

Xəbərdarlıqlar:

Şprisləri təkrar istifadə etməyin; şprisin keyfiyyətinə və sterilliyinə yalnız istehsalçının zədələnməmiş qablaşdırmasında zəmanət verilirir.

Şprislərin təkrar istifadəsi qadağandır və pasiyentin və məhsuldan istifadə edənlərə infeksiyalanma təhlükəsini yaradır. İstifadə edilmiş şprislərin təkrar sterilləşdirilməsi qadağandır. İstifadə edilmiş iynəni xüsusi konteynerdə utilləşdirin.

Həssas dəri yerli keyləşdirici vasitəylə qabaqcadan inyeksiyaya hazırlamış ola bilər. Pasiyentlərə inyeksiyadan sonra 12 saat boyunca kosmetikadan istifadə etmək olmaz, həmçinin UF günəş şüasının və digər UF mənbələrin təsirindən çəkinməyə tövsiyə edilir. 

İstifadə zamanı ehtiyat tədbirləri

  • Bu məhsul yalnız dəridaxili inyeksiyalar üçün istifadə olunmalıdır.
  • Bu məhsul qan damarlarına daxil edilməməlidir – bu anqiostenozu, işemiyanı, toxunmaların nekrozunu və s. doğura bilər.

 

Saxlama şərtləri: 2-25 °С temperaturda orijinal qablaşdırmada quru yerdə saxlamaq. İşığın və istiliyin təsirindən qorumaq, dondurmamaq, ehtiyatlılıqla istifadə etmək.

 

Saxlama müddəti: 5 il, orijinal açılmamış flakonnda.

 

İstifadə müddəti: Açılmayıbsa - 5 il, açıldıqdan sonra - 10 gün ərzində istifadə edin.

 

Buraxılış forması: karton qutuda, preparat dolu 5 ml həcmində 5 şüşə flakonlar.