Şeyx Şamil 11/16, Bakı
info@bes.az

Revitrane HA20 Skin Booster

Revitrane HA20 SkinBooster dərinin revitalizasiya və nəmləmdirilmə məqsədi ilə hialuron turşunun əsasında üz və bədən dərisinin mezoterapiyası üçün birfazalı preparat. Preparat uzun müddətli nəmləndirici, təravətləndirici və möhkəmləndirici təsir göstərir. Revitrane HA20 Skinbooster dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır, elastikliyini qoruyur, dərinin rəngini yaxşılaşdırır, xırda qırışları hamarlayır, dərinin boşalmasını əhəmiyyətli dərəcədə azaldır, liftinq təsiri göstərir və aqressiv faktorların təsirlərindən sonra dərini bərpa edir.

 

Təsviri:
İnyeksiyalar üçün steril qatı elastik açıq rəngli şəffaf izotonik homogen gel imlantı.

 

Göstərişlər: üzdə, boyunda, dekolte nahiyyəsində və əllərdə dərin nəmləndirmə, revitalizasiya və xırda qırışların korreksiyası.

Hialuron turşusu gelinin konsentrasiyası: 20 mq/ml.

Gelin tipi və konentrasiyası: Sabitləşdirilmiş birfazalı, ikiqat çarpaz tikilmə, 20 mq/ml.
Daxil etmə dərinliyi: Səthi derma.
İstifadə olunan iynənin tipi: 31G və ya nanoiynə 3 4G

 

Göstərişləri:
Dərinin revitalizasiya və nəmləmdirilmə məqsədi ilə hialuron turşunun əsasında üz və bədən dərisinin mezoterapiyası üçün preparat.

Aşağıda göstərilmiş hallarda tövsiyə edilir:
Dərin nəmləndirmə, üzdə, boyunda, dekoltedə, əllərdə xırda qırışların revitalizasiyası və korreksiyası

 

Əks göstərişləri:
Bu preparatı aşağıda göstərilmiş hallarda tətbiq etmək qadağandır:
• pasiyentin müalicə edən həkimi ilə əvvəlcədən konsultasiya olmadan, qan laxtalanması pozuntuları olan, habelə trombolitik vasitələri və antikoaqulyantları qəbul edən pasiyentlərə.
• hipertrofik çapıqların yaranmasına meyilli pasiyentlərə.
• autoimmun xəstəliklər tarixli ilə və ya hal‐hazırda immunoterapiya keçənlərə.
• hialuron turşusuna qarşı yüksək həssaslıq.
• hamilə və döşlə yedizdirən qadınlara.
• 18 yaşdan cavan pasiyentlərə.
• pasiyentin bədəninin digər istehsalçıların inyeksiya tipli implantları, həmçinin qeyri inyeksiya tipli implantları olduğu hissələrə daxil etmək olmaz.
• pasiyentin bədəninin dəri iltihabi dəyişiklikləri və / və ya yoluxucu proseslər (məsələn akne, herpes və s.) olduğu hissələrə daxil etmək tövsiyə edilmir.
• lazer terapiyası, dərinin kimyəvi pilinqi/qatın soyulması və ya dermabraziya ilə birgə.

 

Tətbiq üsulu:
Preparatın tətbiqindən əvvəl hazırlıq işləri
• Preparatın tətbiqindən əvvəl həkim preparatın istifadə edilməsi üçün pasiyentin xəstəlik tarixi ilə tanış olmalıdır.
• Tətbiqdən əvvəl pasiyent prosedurun gedişiylə tanış edilmiş olmalıdır və preparatın tətbiqindən sonra yarana biləcəyi potensial əlavə təsirlər haqqında məlumat almalıdır.
• Tətbiqdən əvvəl preparatın qablaşdırmasını hər hansı görülən qüsurlara və ya zədələrə yoxlamağa məcburidir. Bu cür qüsurların və ya zədələrin üzə çıxması halında preparatı istifadə etmək qadağandır.
• Tətbiqdən əvvəl preparatın yararlıq müddəti yoxlanılmalıdırr.
• Preparatın tətbiqinə yalnız üz həcminin inyeksiyalı bərpası metodikası üzrə xüsusi təhsil almış və təlimləri keçmiş həkimlər buraxıla bilər.

 

Preparatın daxil edilməsi üsulu:
1) Qablaşdırmanı açın və hazır preparatla şprisi hazırlayın.
2) Şprisin Luer‐Lock adapterini bir əlinizdə saxlayın
3) Digər əlinizlə ucluğu ehtiyyatla saat əqrəbinin əks istiqamətində çevirin
4) Qoruyucu qapağı çıxardın.
3) İnyeksiyadan əvvəl preparatın tətbiqinin zonasını diqqətlə sterilizasiya edin.
4) Preparatı daxil edin.

Revitrane HA20 Skinbooster iltihab əlamətlərisiz və əvvəlcədən dezinfeksiya edən məhlulla sterilizasiya edilmiş sağlam dəriyə daxil edilməlidir. Daxil edilmə metodikası preparation müvəffəqiyyətli tətbiqi üçün son dərəcədə əhəmiyyətlidir. Preparatın inyeksiyası yerindən mümkün yerdəyişməsinə imkan verməmək üçün, inyeksiyadan sonra pasiyentə bir neçə gün preparatın tətbiq edildiyi yeri masaj etməməyi məsləhət görün. İnyeksiyadan əvvəl preparatın tətbiqinin yerini diqqətlə dezinfeksiya etmək lazımdır.

Çatdırmanın dəstinə daxil olan iynənin köməyi ilə uyğun metodikanı tətbiq edərək preparatı yavaş‐yavaş daxil edin. Daxil edilən preparatın miqdarı korreksiya ediləcəyi qırışın xarakterindən və ya dərinliyindən asılıdır. İnyeksiyadan sonra həkim preparatın bərabər paylaşmasının təminatı üçün dərini biraz masaj edə bilər.

 

Xəbərdarlıqlar:
Şprisləri təkrar istifadə etməyin; şprisin keyfiyyətinə və sterilliyinə yalnız istehsalçının zədələnməmiş qablaşdırmasında zəmanət verilirir. Şprislərin təkrar istifadəsi qadağandır və pasiyentin və məhsuldan istifadə edənlərə infeksiyalanma təhlükəsini yaradır. İstifadə edilmiş şprislərin təkrar sterilləşdirilməsi qadağandır.
İstifadə edilmiş iynəni xüsusi konteynerdə utilləşdirin.

Preparatı digər məhsullarla qarışdırmaq olmaz. Həssas dəri yerli keyləşdirici vasitəylə qabaqcadan inyeksiyaya hazırlamış ola bilər. Pasiyentlərə inyeksiyadan sonra 12 saat boyunca kosmetikadan istifadə etmək olmaz, həmçinin UF günəş şüasının və digər UF mənbələrin təsirindən çəkinməyə tövsiyə edilir. Preparatın inyeksiyasından sonra bir həftə ərzində saunalara, hamalara getmə tövsiyə edilmir.

 

İstifadə zamanı ehtiyat tədbirləri
• Bu məhsul yalnız dəridaxili inyeksiyalar üçün istifadə olunmalıdır.
• Bu məhsul qan damarlarına daxil edilməməlidir – bu anqiostenozu, işemiyanı, toxunmaların nekrozunu və s. doğura bilər.
• Əgər preparatın tətbiqindən sonra dəri solğundursa, inyeksiyanı dərhal dayandırmaq lazımdır. Prosedurdan keçmiş dəri sahələrini dərinin normal rənginin qayıtmasına kimi masaj etmək lazımdır.

Saxlama şərtləri: 2‐30 °С temperaturda orijinal qablaşdırmada quru yerdə saxlamaq. İşığın və istiliyin təsirindən qorumaq, dondurmamaq, ehtiyatlılıqla istifadə etmək.

Buraxılış forması: 3 istifadəyə hazır, hərəsi 2 ml həcmində preparat ilə doldurulmuş şpris karton qutuya qablaşdırılır.